Xəbər lenti

Əməkdar artist Milli Onkologiya Mərkəzinə köçürüldü
Ölkə 11:26 14.11.2025

Əməkdar artist Milli Onkologiya Mərkəzinə köçürüldü

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov Milli Onkologiya Mərkəzinə köçürülüb.

Bu barədə Qaynarinfo-ya teatrın direktor müavini Azad Məmmədov məlumat verib. 

O bildirib ki, artıq iki gündür Yadigar Muradov Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib:

"Başına qan getmir. Müalicələr olunur ki, başına qan getsin. Əgər müalicə nəticə versə, əməliyyat olunacaq. Biz də gözləyirik, ümidimiz Allahadır".

Qeyd edək ki, Əməkdar artist Yadigar Muradovun bir müddət öncə vəziyyəti ağırlaşıb. Direktor Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Yadigar Muradov onkoloji xəstəlikdən əziyyət çəkir və o bu səbəbdən 3 dəfə əməliyyat olunub.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->