Xəbər lenti

Əli Əsədovdan büdcə ilə bağlı yeni qərar
Siyasət 10:09 12.11.2025

Əli Əsədovdan büdcə ilə bağlı yeni qərar

Azərbaycan büdcə xərclərinin yeni inzibati təsnifatı müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsəsən, balıqçılıq və balıq ovu ilə bağlı xərclər, eləcə də Prezidentin Protokol Xidmətinin xərcləri büdcə xərclərinin funksional təsnifatına əlavə edilib.

"Balıqçılıq və balıq ovu” köməkçi bölməsinə balıqçılıq su obyektlərində həyata keçirilən fəaliyyət növləri, balıqçılıqla bağlı xidmətlərə rəhbərlik, balıq və digər su bioresurslarının mühafizəsi, artırılması, yetişdirilməsi, bərpası və səmərəli istifadəsi, balıq və digər su bioresurslarının ovlanması fəaliyyətinə nəzarət və onların tənzimlənməsi, balıqçılıq sahəsində məlumatların yayılması üzrə xidmətlər, həmin xidmətlərin idarə edilməsi, balıqçılıqla bağlı layihələrin hazırlanması, akvakulturanın davamlı inkişafı, balıqartırma müəssisələrinin yaradılması, saxlanması və bu qəbildən olan digər xərclər daxildir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->