Xəbər lenti

Dünyanın ən kiçik tozsoranını düzəltdi, Rekordlar Kitabına düşdü
Texnologiya 20:55 05.09.2024

Dünyanın ən kiçik tozsoranını düzəltdi, Rekordlar Kitabına düşdü

Hindistandan olan tələbə dünyanın ən kiçik tozsoranını düzəldib və Ginnesin Rekordlar Kitabına düşüb.

Qaynarinfo bu barədə Up.com-a istinadən xəbər verir.

İxtira müəllifi, 23 yaşlı Tapala Nadami deyib ki, onun yığdığı tozsoranın ölçüsü 64 millimetrdir. Qurğu dörd voltluq vibrasiya mühərriki ilə təchiz edilmiş kiçik ventilyatordan istifadə edərək sorma effekti yaradır və xüsusi bölmədə toz toplayır.

"Kollecimizin bütün tələbələri bu kiçik tozsorandan heyran qaldılar və müəllimlərim mənə dedilər ki, bu, indiyə qədər gördükləri ən gözəl ixtiradır", deyə hindli tələbə bildirib.

Tapala əlavə edib ki, mini tozsoranını hazırlamaq üçün təxminən 238 dollar xərcləyib. Tələbə adını tarixə yaza bildiyinə görə sevinir və əlavə edib ki, ola bilsin gələcəkdə öz rekordunu da qırmağa çalışacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->