Son illərdə davamlı turizm tendensiyası getdikcə populyarlaşır - ev sahibi şəhərlər və onları ziyarət edən səyahətçilər tətillərinin ətraf mühitə və yerli icmalara nə dərəcədə zərər verdiyinə diqqət yetirir.
Qaynarinfo xəbər verir ki, GDS-Movement"in son
araşdırmasına görə, 2024-cü ildə dünyanın ekoloji cəhətdən ən təhlükəsiz turizm məkanı Finlandiyanın paytaxtı Helsinkidir. Onun il üzrə ümumi göstəricisi 100 ballıq şkala üzrə 90,49-dan 92,43 bala yüksəlib. Bunun sayəsində şəhər bir neçə ildir reytinqə başçılıq edən İsveçin Göteborq şəhərini geridə qoyaraq birinci olub.
Göteborq bir il əvvəlki 94,64 baldan 90,83-ə düşüb və ikinci yeri tutub. Danimarkanın paytaxtı Kopenhagen 2023-cü ildəki 91,73-ə qarşı bu dəfə 88,19 bal toplayaraq ilk üçlüyü tamamlayıb.
Qeyri-Avropa istiqamətləri arasında Sinqapur digərlərindən daha yüksək yerdə qərarlaşıb - bir il əvvəlki 81,31 bala qarşı 83,37 balla yeddinci yer.
Ümumilikdə dünyanın 40 şəhəri reytinqə daxil edilib ki, bu da ekspertlərin fikrincə, turizmin artımını ətraf mühitə və cəmiyyətin rifahına qayğı ilə effektiv şəkildə tarazlaşdıraraq davamlı turizmə güclü öhdəliyi ən yaxşı şəkildə nümayiş etdirir.
2024-cü il reytinqində yeni şəhərlər də var: Limerik, Dublin (hər ikisi İrlandiya), Viktoriya, Kvebek Siti (hər ikisi Kanada), Horsens (Danimarka), Reykyavik (İslandiya).
Aydın
Şərhlər