Xəbər lenti

Dövlət Xidmətinin cərimələdiyi türk iş adamı məhkəməyə üz tutdu
Ekonomiks 18:58 05.08.2024

Dövlət Xidmətinin cərimələdiyi türk iş adamı məhkəməyə üz tutdu

Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Bahri Yıldırımı cərimələyib. 

Qaynarinfo xəbər verir ki, iş adamına İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazılıb. 

Bahri Yıldırım qərardan məhkəməyə şikayət verib. Onun şikayətinə Səbail Rayon Məhkəməsində baxılacaq. Avqustun 13-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək. 

192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Bahri Yıldırımın konkret hansı məbləğdə cərimə olunduğu məlum deyil. 

Türkiyəli iş adamı Azərbaycanda qeydiyyatdan keçən "Karabakh-Star Services" MMC-nin rəhbəridir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->