Xalq artisti Fatma Mahmudova fəxri adından danışıb.
Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Həmin Zaur" proqramında danışıb. O, aparıcı Zaur Kamalın "Xalq artisti, Prezident təqaüdçüsüsən. Dövlət sənə ev də verdi" sözlərinə belə cavab verib:
"Dövlətimə canım qurban. Mənə bu titullar havayı verilməyib. Müharibə başlayandan səngərdə olmuşam. Canımı, cavanlığımı səngərlərdə qoymuşam. Gülüşümü qoşunlardan əsirgəməmişəm. Konsertlərə getmişəm. Xidmətlərim böyükdür. Milli qəhrəmanam, müharibə veteranıyam. Amma aldığım adı çox görürlər. Xalq məni sevir. Xəstələnəndə insanlar necə narahat oldu. Mən fəxri ada da, təqaüdə də layiqəm".
Şərhlər