Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndəsi Beynəlxalq Əmək Təşkilatının Xüsusi Üçtərəfli Komitəsinin 5-ci iclasında iştirak edib
Foto 10:40 22.04.2025

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndəsi Beynəlxalq Əmək Təşkilatının Xüsusi Üçtərəfli Komitəsinin 5-ci iclasında iştirak edib

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndəsi İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının Dənizdə Əməyə dair Konvensiyası üzrə Xüsusi Üçtərəfli Komitəsinin 5-ci iclasında ölkəmizi təmsil edib. 

Tədbirdə Agentliyin Beynəlxalq əlaqələr departamentinin direktoru Ramil Qasımov iştirak edib. 

Beynəlxalq tədbirdə hökumət, gəmi sahibləri və dənizçi qrupları arasında hazırda 110 ölkə tərəfindən ratifikasiya edilmiş Dənizdə Əməyə dair Konvensiyanın Məcəlləsi üzrə 16 fərqli istiqamətdə dəyişikliklərlə bağlı müzakirələr aparılıb.

Dəyişikliklər zorakılıq, təcavüz, repatriasiya, sahilə çıxma, viza məsələləri, dənizçilərin dövlətlər tərəfindən "əsas işçi” kimi tanınması, gəmilərdə baş vermiş qəzalar zamanı dənizçilərə ədalətli münasibət göstərilməsi, yorğunluğun aradan qaldırılması, həmçinin iş və istirahət saatları, dənizçilərə tibbi dəstəyin göstərilməsi kimi mövzuları əhatə edib. 

İclas çərçivəsində Beynəlxalq Əmək Təşkilatının Baş Konfransı tərəfindən təsdiq edilməsi məqsədilə təklif edilən dəyişikliklər üzrə üzv dövlətlər, gəmi sahibləri və dənizçi qrupları arasında səsvermə keçirilib. 

Tədbir zamanı, habelə digər dövlətlərlə Dənizdə Əməyə dair Konvensiyanın tətbiqi və icrası ətrafında fikir mübadiləsi də aparılıb. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->