Xəbər lenti

DİN
Ölkə 09:59 25.09.2024

DİN "Tost" maliyyə pramidası ilə bağlı araşdırmaya başladı

"Tost" maliyyə pramidası ilə bağlı araşdırma başlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

"İnternet resurslarında "Tost" maliyyə pramidası ilə bağlı kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə pramidası ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək", deyə məlumatda vurğulanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->