Xəbər lenti

Cüdoçumuz Qran-Pri turnirində bürünc medal qazandı
Ölkə 21:40 14.11.2025

Cüdoçumuz Qran-Pri turnirində bürünc medal qazandı

Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində bürünc medal qazanıb.

Qaynarinfo xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gəlib.

Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub.

Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->