Xəbər lenti

Cənubi Koreya kəşfiyyatı: Ukrayna şimali-koreyalı hərbçini əsir götürdü
Dünya 11:18 27.12.2024

Cənubi Koreya kəşfiyyatı: Ukrayna şimali-koreyalı hərbçini əsir götürdü

Cənubi Koreya kəşfiyyatı cümə günü Rusiya tərəfində döyüşən və yaralanmış şimal-koreyalı hərbçinin Ukrayna hərbçiləri tərəfindən əsir götürülməsini təsdiqləyib.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap” Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinə istinadən yazır

"Dost ölkənin kəşfiyyat xidməti ilə real vaxt rejimində informasiya mübadiləsi sayəsində yaralı şimali-koreyalı hərbçinin əsir götürülməsini təsdiqlədik və hadisələrin gələcək inkişafını diqqətlə araşdırmağı planlaşdırırıq", - Cənubi Koreya kəşfiyyatından bildirilib.   

Yonhap bildirir ki, bu təsdiq bir gün əvvəl Rusiya Federasiyasının Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri tərəfindən KXDR hərbçisinin əsir götürüldüyü barədə yayılan məlumatdan sonra verilib.  

Telegramda əsir götürülmüş, yaralı olduğu ehtimal edilən şimali-koreyalı hərbçinin fotosu yayılıb. Hərbçinin vəziyyəti və statusu barədə hələlik ətraflı məlumat yoxdur.  

Xatırladaq ki, Xüsusi əməliyyat qüvvələri Kursk vilayətində məhv edilən şimali-koreyalı hərbçinin qənimət kimi ələ keçirilmiş dəftərindən çıxarılmış yazıların birinci və ikinci hissəsini yayımlayıb.  

19 dekabrda Cənubi Koreya parlamentinin üzvü Li Son Kven kəşfiyyat məlumatlarına əsaslanaraq bildirib ki, Kursk vilayətində 100 şimali-koreyalı hərbçi öldürülüb, 1000 nəfər isə yaralanıb.  

Pentaqon Şimal Koreyadan olan hərbçilərin itkilərinin artacağını proqnozlaşdırır, çünki onlar Rusiya Federasiyasının Kursk vilayətində döyüşməyə davam edirlər.  

Cənubi Koreya hərbçilərinin məlumatına görə, Şimal Koreya, görünür, Rusiyaya əlavə qoşunlar və hərbi texnika, o cümlədən kamikadze pilotsuz uçuş aparatları göndərməyə hazırlaşır və bununla da Moskvaya Ukraynaya qarşı müharibədə dəstək verir.  

24 dekabrda Prezident Vladimir Zelenski Ali Baş Komandanın qərargah iclasının nəticələrinə əsasən bildirib ki, ilkin hesablamalara görə, Kursk bölgəsində öldürülən və yaralanan şimal-koreyalı hərbçilərin sayı artıq 3 min nəfəri keçib.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->