Xəbər lenti

Cennifer Lopez Ben Afflekdən boşanma şayiələri fonunda qastrol turunu ləğv etdi
Dünya 18:54 03.06.2024

Cennifer Lopez Ben Afflekdən boşanma şayiələri fonunda qastrol turunu ləğv etdi

Amerikalı müğənni və aktrisa Cennifer Lopez həyat yoldaşı, aktyor Ben Afflekdən boşanma xəbərləri fonunda qastrol səfərini ləğv edib.

Qaynarinfo xəbər verir ki, bu barədə sənətçi özü açıqlama verib.

Müğənni rəsmi açıqlamasında bildirib ki, övladları, ailəsi və yaxın dostları ilə birlikdə olmaq üçün "This Is Me... Live Tour” proqramını ləğv etmək məcburiyyətində qalıb. Lopez bunun onun üçün çətin bir qərar olduğunu vurğulayıb.

"Sizi ruhdan saldığım üçün çox üzüldüm və məyus oldum. Zəhmət olmasa bilin ki, bunu tamamilə zəruri hesab etməsəm, qərar verməzdim. Söz verirəm ki, bunu düzəldəcəyəm və hamımız yenidən bir yerdə ola biləcəyik. Hamınızı sevirəm. Növbəti dəfəyə qədər...", deyə Lopez bildirib. 

Amerikanın "People” nəşri etibarlı mənbələrə istinadən təsdiqləyib ki, Lopez və Afflekin münasibətlərində həqiqətən də problemlər var. Onlar birlikdə yaşamırlar - Lopez hələ də keçən il aldıqları 60 milyon dollarlıq Beverli Hills malikanəsində yaşayır, Afflek isə bir neçə mil aralıda kirayəlik evdə qalır. Mənbələr cütlüyün hazırda uşaqlarına üstünlük verməyə fokuslandığını deyirlər.

"Onlar hazırda yenə də uşaqları birinci yerə qoyurlar. Cennifer və Ben həmişə çox ailəcanlı olublar. Yaranan vəziyyət ürəkağrıdandır. Hazırda cütlüyün vəziyyəti yaxşı deyil”, deyə mənbə bildirib.

Xatırladaq ki, bir sıra Qərb mətbuatı bundan əvvəl cütlüyün boşanma ərəfəsində olması barədə məlumat verib. Lopez və Afflek 2022-ci ilin iyulunda Las-Veqasda gizli şəkildə evləniblər. Cütlük hələ 2000-ci illərin əvvəllərində görüşüblər və nişanlanıblar, lakin 2003-cü ildə toy təxirə salınıb. Afflekdən ayrıldıqdan sonra Lopez musiqiçi Mark Entoni ilə evlənib - müğənni Emma və Maks adlı əkizlərini dünyaya gətirib. Afflek 2005-ci ildə Cennifer Qarnerlə evlənib və evlilikləri zamanı onların üç övladı anadan olub: qızları Violet, Serafina və oğlu Samuel.

Afflek və Cennifer 2021-ci ilin mayında, aktrisanın Aleks Rodriqezlə nişanını pozduqdan bir ay sonra yenidən bir araya gəliblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->