Xəbər lenti

Bu dəfə olmadı:
İdman 22:38 22.10.2025

Bu dəfə olmadı: "Qarabağ" İspaniyada uduzdu

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçirilir.

Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ da bu gün meydana çıxıb.

Qurban Qurbanovun komandası İspaniya səfərində "Atletik"lə üz-üzə gəlib.

"San Mames" stadionunda keçiriləcək oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

"Qarabağ" bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlmiş, "Atletik" isə xal qazanmamşdı.

Bu qarşılaşmada Ağdam təmsilçisi 1:3 hesabı ilə uduzub. Bu, onların arıdıcıl 2 qələbədən sonra liqa mərhələsində ilk məğlubiyyəti olub.

Çempionlar Liqası
Liqa mərhələsi
III tur
 
22 oktyabr
Atletik Bilbao (İspaniya) - Qarabağ (Azərbaycan) 3:1
Qollar: Qorka Quruseta, 40; 88. Roberto Navarro, 70 - Leandro Andrade, 1 
Atletik: 1. Unay Simon, 17. Yuri Berçiçe, 14. Aymrik Laport, 4. Aytor Paredes, 2. Andoni Qorosabel, 18. Mikel Xaureqisar, 30. Alexandro Reqo, 8. Oyan Sanset, 9. İnaki Uilyams (k), 10. Niko Uilyams, 11. Qorka Quruseta.
Ehtiyat oyunçular: 27. Aleks Padilya, 3. Daniel Vivian, 6. Mikel Vesqa, 7. Aleks Berencer, 12. Xesus Areso, 15. İnyiqo Lekue, 16. Ruis De Qalarreta, 19. Adama Boyro, 20. Unai Qomes, 21. Maroan Sannadi, 22. Niko Serrano, 23. Roberto Navarro.
Baş məşqçi: Ernesto Valverd
Qarabağ: 99. Mateuş Koxlaski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran, 7. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 8. Marko Yankoviç, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Baş hakim: İqor Payaç (Xorvatiya).
Bilbao, "San Mames” stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->