Xəbər lenti

Cəlilabadda yol qəzası: 5 nəfər xəsarət aldı - ADLAR
Ölkə 12:18 19.10.2025

Cəlilabadda yol qəzası: 5 nəfər xəsarət aldı - ADLAR

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt–Astara yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlar - Səfərli Zülfüqar Zaur oğlu, İdrak Rza Ağahüseyn oğlu, Musayev Əmrah Əlyar oğlu, Əhimov Mahir Səfər oğlu, Məmmədov Əmrah Zaur oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.
--> -->