Xəbər lenti

Biləsuvarda avtomobil kanala aşdı, ölən 5 nəfərdən ikisi qardaşdır (YENİLƏNİB)
Ölkə 11:23 07.12.2025

Biləsuvarda avtomobil kanala aşdı, ölən 5 nəfərdən ikisi qardaşdır (YENİLƏNİB)

Biləsuvarda qəzada ölən 5 nəfərdən ikisi qardaşdır.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, kanala aşan "Lexus" markal; minik avtomobilində yaxın qohumlar və dostlar – sürücü 2003-cü il təvəllüdlü Vasif Həsənli və sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə olub.

Qəza nəticəsində həyatını itirən Vasif Həsənli və Rusif Həsənli qardaşdırlar.

Qəzanın bəzi təfərrüatları da məlum olub. Hadisə gecə saat 2 radələrində baş verib. Maşındakılardan biri Biləsuvar rayonunun Bəydili kəndinə gedirmiş. Yolda hərəkətdə olarkən sürücü sərt döngədə idarəetməni itirib və maşın kanala aşıb. Qəza nəticəsində 4 nəfər hadisə yerində ölüb. Bir nəfər xəstəxanaya hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

09.59
 
Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Bağbanlar kəndində baş verib.

Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan "Lexsus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->