Xəbər lenti

Baş nazir prezidentin ultimatumu fonunda arılarına görə məzuniyyətə çıxdı
Dünya 14:20 25.07.2025

Baş nazir prezidentin ultimatumu fonunda arılarına görə məzuniyyətə çıxdı

Litvanın baş naziri Gintautas Palutskas prezident Gitanas Nauseda tərəfindən irəli sürülən ultimatumdan sonra iki həftəlik məzuniyyətə çıxdığını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Sputnik.Litva agentliyi məlumat yayıb.

Nazir bildirib ki, məzuniyyəti əvvəlcədən planlaşdırılıb və əsasən şəxsi işlər - o cümlədən evdəki arılarla bağlı bal yığımı ilə əlaqədardır:

"Əgər məzuniyyətdən danışsaq, o əvvəlcədən nəzərdə tutulmuşdu. Evdə bəzi işlərim var, arılarla məşğul olmaq, bal toplamaq lazımdır - çox sadə ehtiyaclardır. Amma bu iki həftəlik müddət həm də düşünmək, lazım olan məlumatları toplamaq və onları partiya üzvlərinə və ictimaiyyətə təqdim etmək üçün kifayət qədər vaxtdır. Bu baxımdan, qərarımı məntiqli hesab edirəm", deyə Palutskas vurğulayıb.

Hazırda Litvada baş nazirin adı maliyyə pozuntularına dair qalmaqalda hallanır. İddialara görə, onun qohumlarına məxsus şirkət milli bankdan güzəştli kredit alıb, həmçinin o, Vilnüs bələdiyyəsinin rəhbəri olduğu dövrdə mübahisəli daşınmaz əmlak alqı-satqısında iştirak edib.

Prezident Gitanas Nauseda baş nazirə öz siyasi gələcəyi ilə bağlı qərar verməsi və ya irəli sürülən suallara əsaslandırılmış cavablar təqdim etməsi üçün iki həftə vaxt verib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->