"Hazırda metronun bir stansiyanın inşası davam etdirilir, gələcəkdə Bakının Yeni Yasamal, Binəqədi, Yeni Ramana, Şıxov və digər bir sıra ərazilərinə metro xətləri çəkiləcək".
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, bu fikirləri "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, ən önəmli məsələlərdən biri də yaşıl və qırmızı xətt layihələrinin ayrılmasıdır. Bu, paytaxtın kənar ərazilərində də nəqliyyat probleminin həllinə müsbət təsir göstərəcək.
Bəxtiyar Məmmədov Bakı Metropolitenində yeni müasir qatarların xəttə buraxılması prosesinin də davam etdirildiyini deyib.
O qeyd edib, yaxın bir il ərzində daha 35 yeni vaqon gətiriləcək.
Bəxtiyar Məmmədov onu da əlavə edib ki, yaxın zamanlarda metroda ödənişləri bank kartları ilə etmək mümkün olacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər