Xəbər lenti

Bakı metrosunda sərnişin öldü
Ölkə 23:00 09.06.2024

Bakı metrosunda sərnişin öldü

Qatardan düşərək "Koroğlu" metrostansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.

Bu barədə Qaynarinfo-ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə 45-50 yaşı olduğu təxmin edilən sərnişin az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->