İnsan orqanlarını satmaqda şübhəli bilinən ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib.
Bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Məlumata görə, ukraynalı qadın 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər qara bazarda satılması üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda qanunsuz olaraq insan böyrəkləri alıb.
Ukrayna vətəndaşı 5 ildir beynəlxalq axtarışdadır, o, bu yaxınlarda təsadüfən Polşada tutulub. Qazaxıstan Məhkəməsi 35 yaşlı qadını qiyabi olaraq 12 il həbs cəzasına məhkum edib.//APA
Şərhlər