Xəbər lenti

Azərbaycan heyətinin MDB tədbirində iştirak etməməsinin səbəbini açıqlandı
Siyasət 13:45 20.07.2025

Azərbaycan heyətinin MDB tədbirində iştirak etməməsinin səbəbini açıqlandı

Azərbaycandan olan heyətin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər.

"Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində deyib:

"Orada iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların buməsələyə təsiri də istisna deyil", - o əlavə edib.

Səfərin baş tutumamasının 2024-cü ilin dekabr ayında AZAL təyyarəsinin vurulması ilə əlaqəli olub-olmamasına gəldikdə isə H.Hacıyev vurğulayıb ki, Azərbaycan bu məsələləri bir-birinə bağlamır:

"Tədbir MDB çərçivəsində olan tədbirdir. Rusiya-Azərbaycan arasında olan məsələlərin isə buna aidiyyəti yoxdur".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->