Xəbər lenti

Azadlıq üçün 11 min manatlıq dələduzluq
Ölkə 17:52 12.11.2025

Azadlıq üçün 11 min manatlıq dələduzluq

Narkotik ittihamı ilə həbs edilən oğlunun azadlığa buraxdırmaq istəyən şəxs dələduzluqla üzləşib. 

Qaynarinfo-nun məlumatına görə, N.İbrahimova oğlu Ş.İbrahimovun azadlığa çxıması üçün yollar axtarırmış. 

Müslim adlı şəxs bu işdə ona kömək edəcəyini bildirib. O, N.İbrahimovanı inandırıb ki, 11 000 manat müqabilində oğlunun azadlığa çıxmasına nail ola bilər. N.İbrahimova razılaşıb və deyilən məbləği verib. Lakin Müslüm vədini yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. 

Müslüm saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib, barəsində həbs-qətimkan tədbiri seçilib. 

Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Müslüm məhkəmə zamanı özünü qismən təqsirli bilib. 

Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs kimi tutulduğu 2 müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.  

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->