AY Partiya Başqanlıq Heyətinin Türkiyə səfərinin sonuncu günü də çox səmərəli keçib.
Qaynarinfo xəbər verir ki, Başqanlıq Heyətinin üzvləri Ankarada Türk Ocaqlarının mərkəzi qərargahını ziyarət edib.
Türk Ocaqları Başqanı professor Mehmet Öz və Başqan müavini Mehmet Şahingöz AY Partiya Başqanının müavinləri Aynur Qəzənfərqızı, Vasif İsmayıl, Rəşad Bakuvi, partiyanın İcra Aparatının rəhbəri Aqil Dadaşzadəni qəbul ediblər. Söhbət zamanı hər iki qurumun Türk Dünyası ilə bağlı fəaliyyəti, həyata keçirilməsi nəzərdə tutulan layihələr və s. barədə danışılıb. Həmçinin AY Partiya və Türk Ocaqlarının bu istiqamətdə birlikdə gerçəkləşdirə biləcəyi layihələrdən söhbət açılıb. Mehmet Öz Türk Dünyasının inkişafı, möhkəmlənməsi üçün birgə layihələrin həyata keçirilməsinin şərt olduğunu vurğulayıb.
Görüşün sonunda Türk Ocaqları başqanı AY Partiya rəhbərliyinə hədiyyələr təqdim edib, xatirə şəkilləri çəkdirilib
Şərhlər