Xəbər lenti

AY Partiya təmsilçiləri Türkiyə Siyasi və Strateji araşdırmalar Mərkəzində (FOTO)
Foto 10:00 30.11.2022

AY Partiya təmsilçiləri Türkiyə Siyasi və Strateji araşdırmalar Mərkəzində (FOTO)

AY Partiyanın Başqanlıq Heyəti Türkiyə səfərinin sonuncu günü Ankarada Türkiyənin önəmli beyin mərkəzlərindən sayılan  Siyasi və Strateji Araşdırmalar Vəqfində olub. 

Vəqfin Başqanı, Ankara Hacı Bayram Vəli Üniversiteti Asya Çalışmaları Merkezi Başkanı, Dr. Sinan Dəmirtürk AY Partiya Başqanının müavinləri Aynur Qəzənfərqızı, Vasif İsmayıl, Rəşad Bakuvi, partiyanın İcra Aparatının rəhbəri Aqil Dadaşzadə ilə görüşüb.

Görüş zamanı iki ölkənin, Türk Dünyası dövlətlərinin əlaqələrindən danışılıb, 44 günlük Vətən savaşının bu münasibətlərin inkişafına müsbət təsirindən söhbət açılıb. Qeyd olunub ki, Cənubi Qafqazda sülhə nail olunması bölgə üçün çox vacibdir. Bu sülh əldə edilməsə, regionun inkişafı mümkün olmayacaq. Bunub üçün üç ölkənin iştirakı ilə Qafqaz evinin ən qısa zamanda qurulması şərtdir.

Görüşdə maraq doğuran digər məsələlərdən danışılıb, sonda xatirə şəkilləri çəkdirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->