Azərbaycan Ordusunun Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Səxavət Axundov yanvarın 5-də Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında dəfn olunub.
"Report" xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
S.Axundovun tabutuna sarılmış Azərbaycan bayrağı hərbçinin atasına təqdim olunub.
Qeyd edək ki, S.Axundov 2004-cü ildə Sayad kəndində anadan olub. Ailənin ikinci övladı olub. Hərbi xidmətini bitirməyinə 3 ay qalmışdır.
Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.
Şərhlər