Soyuq Müharibə illərində siyasətçi kimi formalaşan və SSRİ liderləri ilə nüvə yarışını müzakirə edən ABŞ prezidenti Co Bayden Kremlin qırmızı xətləri keçmək məsələlərində çox ehtiyatlı davranır. Bunun əksinə olaraq, Avropada gənc siyasətçilər Ukraynaya daha qətiyyətli dəstəyin tərəfdarıdır və Kremlin və Dövlət Dumasının nüvə təhdidlərindən qorxmurlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Time” jurnalı
yazır.
Sentyabrın 19-da Avropa Parlamenti Ukraynaya Rusiya ərazisini uzaqmənzilli Qərb raketləri ilə vurmağa və onu daha çox belə silahlarla təmin etməyə icazə verən qətnamə qəbul edib. Bu, nüvə silahından istifadə etməklə dünya müharibəsinə gətirib çıxaracaq, - Dövlət Dumasının sədri Vyaçeslav Volodin avropalı parlamentarilərə hədə-qorxu gəlib. "Sarmat” qitələrarası ballistik raketinin Avropa Parlamentinin yerləşdiyi Strasburqa uçuş vaxtı 3 dəqiqə 20 saniyədir, o, Telegram-da "məlumat üçün” yazıb. "Avropa ölkələrinin vətəndaşları müharibənin evlərinə gəlməsini istəyirlərmi?” - o, müraciət edərək Avropa Parlamentini özünü buraxmağa çağırıb.
Amma Avropa Parlamentinin sədri, maltalı siyasətçi Robert Metsola bu sözlərdən qorxmayıb, hətta təəccüblənməyib, Time yazır. "Tipik reaksiya. Konfrontasiyalı”, o, Volodinin hədəsi ilə bağlı nəşrə şərh verib. Metsola bu cür təhdidlərin ciddi qəbul edilib-edilməməsi ilə bağlı suala belə cavab verib: "Əgər bu cür ritorika tez-tez olarsa, biz buna hazır olmalıyıq”.
Danimarkanın Baş naziri Mette Frederiksen də təhdidlərdən qorxmur, baxmayaraq ki, Vladimir Putin nümayişkaranə şəkildə Təhlükəsizlik Şurasını çağırıb və nüvə doktrinasına düzəliş etmək barədə göstəriş verib. NATO-nun Ukraynaya hərbi yardımın artırılmasının ən açıq tərəfdarlarından biri olan Frederiksen "Time”a bildirib ki, "Bunun blef olub-olmadığını dəqiq deyə bilmərəm. Ancaq inanıram ki, demokratiyaya, insan haqlarına və inandığımız hər şeyə hörmət etməyən bir insana heç vaxt icazə verməyəcəyik - biz ona nə etməli olduğumuza dair qərar verməyə icazə verə bilmərik”.
"Time” qeyd edir ki, səssiz reaksiya Qərb rəsmiləri arasında getdikcə adi hala çevrilir, onların bir çoxu üçün Putin tez-tez "Qurd!”, "Qurd!” (yaxud bu halda "Nüvə silahı!”) qışqıran uşağa bənzəməyə başlayıb, artıq təhdidlər onları qorxutmur. Frederiksen bildirir ki ki, qorxu və liderlik bir-biri ilə uzlaşmır. O əlavə edir ki, Qərbin Putinin qırmızı xətlərindən narahat olmaq vərdişi Ukraynaya hərbi yardımın tez-tez gecikməsinə səbəb olub: "Bu müharibədə gördüyüm yeganə qırmızı xətt onlar Ukraynaya hücum edəndə artıq keçilib”.
ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi, prezident Donald Trampın dövründə Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi olmuş Kurt Volker bildirib ki, Bayden də sonda Kiyevin istədiyini verəcək və Rusiyanın təhdidlərinə boyun əyməyəcək. Volker "Deutsche Welle”yə bildirib ki, prezident seçkilərindən əvvəl və ya ondan sonra Bayden administrasiyası rəsmi açıqlama vermədən uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri ləğv etməyə başlayacaq.
Eyni zamanda, onun fikrincə, Tramp seçkidə qalib gələrsə, Bayden səlahiyyət müddətinin son üç ayında Ukraynaya çox böyük hərbi yardım göstərəcək. O, "müharibəni elə indi dayandırın” deyərək Putini müharibəni bitirməyə məcbur etməyə çalışacaq. Biz Ukraynaya silah verəcəyik və onu NATO-ya qəbul edəcəyik, ona görə də müharibəni dayandırın”, - deyə Volker bildirib.
Nizami Bağırov
Şərhlər