Xəbər lenti

Ata-oğul 95 kiloluq naqqa tutdu
Dünya 14:00 15.09.2024

Ata-oğul 95 kiloluq naqqa tutdu

Almaniyada nəhəng naqqa balığı tutulub.

Qaynarinfo xəbər verir ki, balıq Münhen yaxınlığındakı Pilsen gölündə ovlanıb.

İxtisasca avtomexanik olan 21 yaşlı Tim Kozian 49 yaşlı atası ilə Münhen yaxınlığındakı Pilsen gölünə axşam balıq ovuna gedib. Gecə yarısından sonra onların qarmağına böyük bir balıq düşüb. Ata və oğul onu sudan çıxarmaq üçün təxminən bir saat mübarizə aparıblar. 

Tutulan balığın uzunluğu 2,51 metr, çəkisi isə 95 kq-dır. Onun ən azı 37 yaşı var. Bu, Bavariyada tutulan ən böyük balıqlardan biri hesab edilir.

Qeyd edək ki, naqqa balığı heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin lotidae fəsiləsinin lota (balıq) cinsinə aid heyvan növüdür.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->