Xəbər lenti

Antarktikdada 1000 illik sirr: Tariximizi alt-üst edən təyyarə (FOTO)
Dünya 23:36 08.01.2025

Antarktikdada 1000 illik sirr: Tariximizi alt-üst edən təyyarə (FOTO)

Bir qrup alim Antarktida buz təbəqələrində ağıla sığmaz və tarixi yenidən yazmağa səbəb ola biləcək sensasion bir kəşf edib. 

Qaynarinfo xəbər verir ki, ekspedisiyanın qazma işləri zamanı mütəxəssislər mükəmməl şəkildə təxminən 1000 il buz altında salamat qalmış bir təyyarənin qalıqlarını aşkar ediblər.  

Bu təyyarə müasir aviasiyanın tarixinə aid bilinən heç bir modelə uyğun gəlmir. Onun aerodinamik quruluşu və hazırlanmış olduğu naməlum materiallar alimlərin heyrətinə səbəb olub. Məlumatlara görə, texnologiyası insanlıq tarixinin heç bir mərhələsinə aid edilməyən belə bir təyyarə dünyanın ən sərt və yaşayışsız bölgələrindən birində minillər boyunca necə bu vəziyyətdə qala bilib?  
 


Naməlum yazılar və sirli rəmzlər  

Araşdırmaları davam etdirən alimlər bildiriblər ki, təyyarənin üzərində heç bir tarixi sənəddə qeyd edilməmiş yazılar və simvollar var. Bundan başqa, təyyarənin salonunda üzvi qalıqlar tapılıb ki, onların ekipaj üzvlərinə aid olduğu güman edilir. Bu, təyyarənin mənşəyi barədə daha çox sual doğurur və müəmmanı daha da artırır.  
 


Fərziyyələr: qədim sivilizasiya, ya da yadplanetlilər?  

Bu tapıntı fərqli nəzəriyyələrin meydana çıxmasına səbəb olub. Bəziləri bunun qədim və yüksək texnologiyaya malik bir sivilizasiyanın qalığı ola biləcəyini düşünürlər. Belə bir sivilizasiya, ehtimal ki, müasir insanlığın meydana gəlməsindən çox əvvəl mövcud olub. Digər nəzəriyyələr isə, hadisənin yadplanetlərlə bağlı ola biləcəyi iddiasını irəli sürür. Hətta bəzi mütəxəssislər təyyarənin zamanla bağlı məkan anomaliyası nəticəsində buraya düşmüş ola biləcəyini təklif edirlər.  
 


Bu qeyri-adi tapıntının sirri hələlik açılmamış qalsa da, onun araşdırılması elm və tarix baxımından böyük əhəmiyyət daşıyır. Alimlər təyyarənin mənşəyini aydınlaşdırmaq üçün tədqiqatlarını intensiv şəkildə davam etdirirlər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->