Xəbər lenti

Anasından siqaret çəkmək üçün alışqan istədi, dava saldı - Həbs edildi
Ölkə 18:18 10.08.2024

Anasından siqaret çəkmək üçün alışqan istədi, dava saldı - Həbs edildi

Göyçayda siqaret çəkmək üçün anasından alışqan istəyən oğul həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Göyçay şəhəri, Ziya Bünyadov küçəsində baş verib. 

Belə ki, 1985-ci ildə Göyçay şəhərində anadan olmuş P.C. içkili halda evə gələrək anasından siqaret çəkmək üçün alışqan istəyib. Anası ona alışqan vermədiyi üçün əsəbiləşərək evdə səs-küy salıb və mübahisə etməyə başlayıb. 

Qadın övladının hərəkətlərindən əsəbləşərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. 

P.C. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə P.C. barəsində 8 gün müddətə inzibati həbs tətbiq olunub. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->