Şagirdlər və valideynlər üçün sevindirici xəbər (VİDEO)
Yeni tədris ilindən bir sıra məktəblərdə "Məktəbli avtobusu" layihəsinin tətbiqinə başlanılacaq. Artıq bununla bağlı işlər görülür.
Qaynarinfo xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, hazırda layihə sınaq mərhələsindədir.
Məktəblərin publik hüquqi şəxsə çevrilməsi məsələsindən də danışan nazirin sözlərinə görə, bu proses gələcəkdə məktəblərin muxtariyyət əldə etməsi kimi düşünülə bilər.
Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılmasına da toxunan Emin Əmrullayev bildirib ki, bəzi elmi müəssisələr birləşdirilərkən ixtisarlar olmayacaq. Hətta optimallaşma ilə bərabər 2 yeni elmi müəssisənin yardılması planlaşdırılır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər