Xəbər lenti

Afrikada ilin ən yaxşı futbolçusu müəyyənləşdi
İdman 16:51 22.07.2022

Afrikada ilin ən yaxşı futbolçusu müəyyənləşdi

Seneqal millisinin və "Bavariya"nın ulduzu Sadio Mane 2022-ci ilin ən yaxşı Afrikalı futbolçusu seçilib.

Qaynarinfo xəbər verir ki, Afrika Futbol Konfederasiyası (CAF)Mərakeşin paytaxtı Rabatda keçirilən mərasimdə Afrikada ilin ən yaxşı futbolçusu mükafatı sahibi məhz seneqallı futbolçu olduğunu açıqlayıb.

Üzv ölkələrin məşqçiləri və federasiya rəsmilərinin qatıldığı səsvermə nəticəsində bu yay "Liverpul"dan "Bavariya"ya keçən 30 yaşlı Mane mükafata layiq görülüb. 

2019-cu ildən sonra ikinci dəfə eyni mükafata layiq görülən Mane bu il Seneqal millisinin heyətində Afrika Millətlər Kubokunu, "Liverpul"la isə Federasiya Kuboku və Liqa Kuboku çempionluğunu qazanıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->