Xəbər lenti

AccessBank Azərbaycanda KOB-ların inkişafı üçün Niderland İnkişafı Bankından $25 mln kredit cəlb edib
Ekonomiks 16:06 13.11.2025

AccessBank Azərbaycanda KOB-ların inkişafı üçün Niderland İnkişafı Bankından $25 mln kredit cəlb edib

Azərbaycanın mikro, kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsində ixtisaslaşmış aparıcı maliyyə institutlarından biri olan AccessBank, Niderland İnkişafı Bankı (FMO – Nederlandse Financierings-Maatschappij voor Ontwikkelingslanden N.V.) ilə 25 milyon ABŞ dolları məbləğində üçillik kredit müqaviləsinin imzalandığıı  elan edir.

Bu vəsaitlər Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsinə sərf olunacaq, xüsusilə qadınlar, gənclər və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların maliyyə imkanlarının genişləndirilməsinə töhfə verəcək. Bu təşəbbüs tam şəkildə "Bərabərsizliyin azaldılması” proqramının prinsiplərinə uyğun təsnifləşdirilib və ayrılan vəsaitin 100%-i ölkədə inklüziv və davamlı iqtisadi inkişafın təşviqinə yönəlib.

FMO – Niderland İnkişaf Bankıdır. İrimiqyaslı təsir investoru kimi FMO inkişaf etməkdə olan ölkələrdə və yeni bazarlarda dayanıqlı özəl sektorun inkişafını dəstəkləyir, həmçinin ambisiyalı layihələrə və sahibkarlara sərmayə yatırır.

FMO inanır ki, güclü özəl sektor iqtisadi və sosial inkişafın əsasını təşkil edir. Bank 55 ildən artıq təcrübəyə malikdir və sahibkarları gücləndirməklə yerli iqtisadiyyatların daha inklüziv, məhsuldar və davamlı olmasına töhfə verir. FMO yüksək inkişaf təsirinə malik üç əsas sektora fokuslanır: kənd təsərrüfatı, qida və meşə təsərrüfatı; enerji; maliyyə institutları. Bankın ümumi portfeli təxminən 13,5 milyard avro təşkil edir və 85-dən çox ölkəni əhatə edir. FMO bu göstəricilərlə dünyada ən iri ikitərəfli özəl sektor inkişaf banklarından biri hesab olunur. Ətraflı məlumat üçün: www.fmo.nl

Bu əməkdaşlıq vasitəsilə AccessBank Azərbaycanda sahibkarlığın dəstəklənməsi, "yaşıl” təşəbbüslərin inkişafı və dayanıqlı iqtisadi artımın təşviqi istiqamətindəki missiyasını daha da gücləndirir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->