Xəbər lenti

Access2Success Lənkəranda qadın sahibkarların biznes bacarıqlarını inkişaf etdirməyə dəstək oldu
Ekonomiks 10:39 31.10.2025

Access2Success Lənkəranda qadın sahibkarların biznes bacarıqlarını inkişaf etdirməyə dəstək oldu

AccessBank qadın sahibkarlığının gücləndirilməsi istiqamətində həyata keçirdiyi regional "Access2Success: Biznes idarəçiliyinin əsasları” təşəbbüsünü bu dəfə Lənkəran şəhərində reallaşdırdı. Görüşdə ticarət, kənd təsərrüfatı, qida istehsalı, xidmət və digər sahələrdə fəaliyyət göstərən qadın sahibkarlar bir araya gələrək öz təcrübələrini bölüşüblər.

Layihə çərçivəsində AccessBank-ın mütəxəssisləri iştirakçılar üçün maliyyə savadlılığı, sahibkarlığın hüquqi, sahibkarlar üçün marketinq və şəxsi brendin formalaşdırılması mövzularında interaktiv sessiyalar keçirdilər. İştirakçılar öz biznes təcrübələrini paylaşaraq, inkişaf prosesində qarşılaşdıqları məsələləri birgə müzakirə ediblər.

Təlim proqramının sonunda iştirakçılara AccessBank tərəfindən sertifikatlar təqdim edildi.

Qeyd edək ki, Access2Success layihəsinə AccessBank tərəfindən 2022-ci ildə start verilib. Bu müddət ərzində layihə paytaxt və müxtəlif bölgələrdə yüzlərlə qadın sahibkara strateji planlaşdırma, satış və marketinq, e-ticarət, insan resursları və hesabatlılıq kimi istiqamətlərdə bilik və bacarıqlarını artırmaq imkanı yaradıb.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

 Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->