Xəbər lenti

ABŞ tarixinin qaranlıq dosyesi: Martin Lüter Kinq sənədləri üzə çıxdı
Dünya 15:58 22.07.2025

ABŞ tarixinin qaranlıq dosyesi: Martin Lüter Kinq sənədləri üzə çıxdı

ABŞ vətəndaş haqları uğrunda mübarizənin simvolu sayılan Martin Lüter Kinqin qətlə yetirilməsi ilə bağlı Federal Təhqiqatlar Bürosunun (FTB) topladığı 230 mindən çox səhifəlik sənədi ictimaiyyətə açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, sənədlərdə Kinqin sui-qəsdi ilə bağlı aparılan istintaqlardan tutmuş, şübhəlilərlə bağlı qiymətləndirmələrə və işin gedişatını əks etdirən daxili yazışmalara qədər geniş məlumatlar yer alır.

ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard sosial şəbəkə platforması X (keçmiş Twitter) üzərindən məsələyə dair açıqlama verib. Bildirilib ki, FTB tərəfindən toplanan və 1977-ci ildən bəri məhkəmə qərarı ilə gizli saxlanılan bu sənədlər, ABŞ Milli Arxiv və Qeydiyyat İdarəsinin internet saytında ictimaiyyətin istifadəsinə açılıb.

Açıqlamaya görə, sənədlər 230 mindən çox səhifədən ibarətdir və onlar arasında FTB-nin Martin Lüter Kinq sui-qəsdi ilə bağlı apardığı araşdırmaların təfərrüatları, mümkün şübhəlilərlə bağlı qiymətləndirmələr və işin gedişatına dair daxili məktublaşmalar da yer alır.

Martin Lüter Kinqin övladları sənədlərin yayımlanmasından əvvəl onları araşdırdıqlarını bildiriblər. Onlar verdikləri açıqlamada Kinqin qətlinin onillərdir ictimai maraq doğuran bir mövzu olduğunu vurğulayıblar və sənədlərlə maraqlanan hər kəsə müraciət edərək bu prosesi təmkin və ailələrinin davam edən ağrısına hörmətlə yanaşmaqla aparmalarını istəyiblər.

ABŞ prezidenti Donald Tramp 23 yanvarda, sabiq prezident Con F. Kennediyə qarşı törədilmiş sui-qəslə dair gizli sənədlərin ictimaiyyətə açıqlanmasını nəzərdə tutan fərman imzalayıb. Fərman yalnız Con F. Kennediyə deyil, həmçinin onun qardaşı Robert F. Kennedi və Martin Lüter Kinqə qarşı törədilmiş sui-qəsdlərlə bağlı bütün sənədlərin açıqlanmasını əhatə edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->