ABŞ-da yaşayan və həmin ölkədə Viktor Aleksandr kimi təqdim edilən Vaqif Allahverdiyev Azərbaycanın Baş Prokurorluğuna çağırılıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə İctimai Televiziya məlumat yayıb.
Belə ki, hazırda ABŞ-da yaşayan 1952-ci il təvəllüdlü Vaqif Allahverdiyev, həmin ölkədə adı Viktor Aleksandr kimi təqdim edilən şəxs barəsində Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
"Vaqif Allahverdiyevə izah edilir ki, bu il noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir", - bildirişdə qeyd olunub.
Şərhlər