Xəbər lenti

828 min manat vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu
Ekonomiks 18:12 03.08.2024

828 min manat vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

Tikinti sektorunda fəaliyyət göstərən "Xəzər İnşaat Qrupu” şirkəti ilə Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında məhkəmə çəkişməsi gedir. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş üzrə idarə iddiaçı, şirkət isə cavabdeh qismində çıxış edir. 

Məhkəmə çəkişməsi vergi məsələləri ilə bağlıdır. İş hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini "Xəzər İnşaat Qrupu” verib.  Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Şərafət Məmmədovanən icraatındadır. 

Araşdırmalarımız zamanı məlum olub ki, şirkətə 828 446,95 vergi borcu yazılıb. Şirkət isə bu məbləğlə razı deyil. Bu baxımdan, məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib. 

Bir neçə il əvvəl "Xəzər İnşaat Qrupu” 5 milyonluq vergi borcu ilə gündəmə gəlmişdi. 

"Xəzər İnşaat Qrupu” 27 yanvar 2003-cü ildə qeydiyyata lınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Rzayev İlham Tofiq oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->