Xəbər lenti

50 milyonluq toy: Gəlinliyi oğurlandı, polisə xəbər verilmədi - 27-si var imiş
Dünya 13:49 04.07.2025

50 milyonluq toy: Gəlinliyi oğurlandı, polisə xəbər verilmədi - 27-si var imiş

Keçən həftə "Amazon"un qurucusu, məşhur milyarder Ceff Bezosla Venesiyada evlənən Loren Sançesin toyu hələ də gündəmdə qalmaqda davam edir. Lakin bir həftə sonra ortaya çıxan oğurluq xəbəri hər kəsi təəccübləndirib.

Qaynarinfo xəbər verir ki, Loren Sançes toy üçün 27 ədəd gəlinlik seçmiş və bu geyimlərin hamısını Venesiyaya özü ilə aparmışdı. Hər biri tanınmış dizaynerlər tərəfindən hazırlanan bu gəlinliklərdən biri sonradan itkin düşüb.

Məlumata görə, oğurluq hadisəsi barədə polisə heç bir müraciət edilməyib. İddialara əsasən, cütlük oğurlanan gəlinliyin gec-tez geri qaytarılacağına inanıb.



Hazırda bal ayını Siciliyanın Taormina şəhərində keçirən cütlük, Venesiyada üç gün davam edən ulduzlarla dolu təntənəli mərasimlərlə evlənib. Ceff Bezos və Loren Sançes bazar günü Venesiyadan ayrıldıqdan sonra oğurlanan gəlinliklə bağlı müəmmalı xəbərlər yayılmağa başlayıb.

İtaliyanın "Corriere della Sera" qəzeti oğurluğun cütlüyün cümə günü evləndiyi San Corcio adasında keçirilən və çoxsaylı dəvət edilməmiş şəxslərin qatıldığı mərasim zamanı baş verdiyini iddia edib. Mərasimə çoxlu sayda davətsiz qonağın daxil olduğu və buna görə də İtaliyanın terrorla mübarizə bölməsi Digos-un yerli əməkdaşlarının adaya çağırıldığı da bildirilir.



İtaliya mətbuatı həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka Trampın tədbirlərin birində geyindiyi vintaj "Dolce & Gabbana" libasının cırıldığını və alovlandığını da iddia edib.

Hadisəyə yaxın mənbələr bir gəlinliyin itib-itmədiyini təsdiqləsə də, oğurluq olduğunu təkzib edib. Geyimin harada və nə zaman itib-yox olduğu məlum deyil. Cütlük Loren Sançesin gəlinliklərinin ciddi şəkildə qorunduğu yeddi ulduzlu "Aman" otelində qalıb.



Mənbələr bildiriblər ki, itkin düşən gəlinliklə bağlı polisə heç bir rəsmi şikayət edilməyib və paltarın gec-tez tapılacağına dair ümumi bir inam var. Həmçinin bir gəlinliyin alovlandığı və tədbirlərə dəvət olunmamış şəxslərin daxil olduğu ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığı da qeyd olunub.

Toyun ümumi xərclərinin 40-50 milyon dollar arası olduğu bildirilir. Qonaqlar Venesiyaya superyaxtalar və 90-dan çox şəxsi təyyarə ilə gəlib. Toy həftəsi boyunca şəhərdə kütləvi etiraz aksiyaları təşkil olunub.



Cütlük gündəm olan bu toyun ardından Ceff Bezosun 127 metrlik yaxtası ilə bal ayı səfərinə çıxıb. Loren Sançes 37 model içərisindən seçərək geyindiyi gəlinliyi "Dolce & Gabbana" markasına məxsus olub.

Gəlinliyin modeli dəb mütəxəssisləri tərəfindən bəyənilməyib və köhnəlmiş hesab edilib. Onun hazırlanmasının 900 saat, yəni təxminən 38 gün çəkdiyi bildirilib.



"Dolce & Gabbana" və Loren Sançes gəlinlik üçün ilhamı 1958-ci ildə istehsal olunmuş Melvil Şavelsonun "Houseboat" filmində Sofi Lorenin geyindiyi gəlinlikdən alıblar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->