Xəbər lenti

3615 mobil telefondan ibarət unikal kolleksiya (VİDEO)
Dünya 22:19 19.08.2024

3615 mobil telefondan ibarət unikal kolleksiya (VİDEO)

İspaniyada bir kişi 3615 mobil telefondan ibarət unikal kolleksiya toplayıb.

Qaynarinfo-nun Upi.com-a istinadən məlumatına görə, Barselona sakini Venkes Palau Fernandez bildirib ki, onun mobil telefonlara olan sevgisi 1999-cu ildə Milad bayramı üçün boz rəngli "Nokia 3210" hədiyyə ediləndən sonra başlayıb. 

O, 2008-ci ildən bu cihazları toplamağa başlayıb və 16 il ərzində 3615 nüsxə toplayıb.

"Kolleksiyam durmadan artırdı. Məndə "Nokia"nın bazara çıxardığı bütün telefonlar var, üstəlik, heç vaxt kütləvi istifadəyə çatmayan bütün prototiplərimlərin mövcuddur", deyə Venes qeyd edib.

Onun kolleksiyasındakı ən qeyri-adi telefonlardan bəziləri "Nokia 3220 Star Wars Episode III" kolleksiyasının "Yoda", "Starfighter", "Obi-Wan Kenobi", "Cyborg" və "Padawan" versiyalarıdır.

"Mənim hazırkı kolleksiyam çox əzmkarlığın və maliyyə səylərinin nəticəsidir, əgər kolleksiyaçısınızsa, nə demək istədiyimi aydın başa düşəcəksiniz", deyə Venes qeyd edib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->