Xəbər lenti

Ölkə 19:05 06.06.2024

"3 ayın gəlini boşanırsa, deməli…" - Sosioloq

"15 dollar boşanmalardan çəkinmək üçün təyin olunmayıb. 15 dollar nə məbləğdir ki? Bu məbləğ hüquqi prosedura görə təyin edilib. Boşanmaların qarşısını almaq üçün hüququ addımlar atılmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub boşanmaya görə təyin edilən dövlət rüsumuna münasibət bildirərkən deyib. 

Sosiloq qanunların sərtləşdirilməsini təklif edir:

"Bəzi ailələrdə hətta ata-ana öz qızını təşviq edir ki, qızı hansısa imkanlı bir adamla ailə qurub bir neçə ildən sonra boşansın. Boşanandan sonra kişinin bütün mülklərinin müəyyən hissəsi də arvadına qalır. Hüquqda belə bir boşluq var və qadınlar bundan istifadə edirlər. Boşanmaların qarşısını almaq üçün hüququ prosedurlar indikindən daha sərt olmalıdır”. 
 


Sosioloq bu prosedurlar vasitəsi ilə müəyyən qədər boşanmaların qarşısının alınmasının ehtimal etdiyini düşünür:

"Hüquqi müstəvidə olan boşluq həm qadınlara, həm də kişilərə sui-istifadə hallarına imkan verir. Bunu Milli Məclisdə düşünməlidirlər, müzakirə etməlidirlər. Boşluqların yeri elə doldurulmalıdır ki, indiki vəziyyətin qarşısı alınsın. Bu gün vəziyyət çox bizə yaraşmır, artıq boşanma 50 faizi keçib. Bu hamını narahat etməlidir. Bu gün bir-iki ayın gəlini boşanır. Niyə? Belə çıxır ki, ailə institutunun əhəmiyyətini anlamırlar. Bir ailə 15-20 yaxud da 5-10 ildən sonra boşanırsa, burada istisna hal tapmaq olar. Deməli, ciddi problem var. Amma 3 ayın gəlini boşanırsa, deməli, bunlar düşünmədən evlənib, yaxud da bu evlilik nəyəsə hesablanıb”. 

Qeyd edək ki, boşanmaq istəyənlər 15 dollar ödəyəcək. Bu "Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə öz əksini tapıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->