Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.
Bu barədə Qaynarinfo-ya "Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilir ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Qatarın yoluna düşən sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır, kişidir.
13.50
"28 May" metrostansiyasında qatarın yoluna düşən sərnişin ölüb.
Bu barədə "Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.
Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.
13.30
"28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb.
Bu barədə Qaynarinfo-ya Bakı Metropolitenin mətbuat xidmətindən məlumat verilib.
Hadisə ilə əlaqədar xətlərdə yubanma var. Sərnişin dünyasını dəyişib.
Stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq
Şərhlər