Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar Şəhəri üzrə Nümayəndəliyi şəhərdə şəhərdaxili yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Aqroyol-İnşaat" MMC seçilib. Daxili yolların təmiri 335 568,39 manata başa gələcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Aqroyol-İnşaat" MMC 5 dekabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə 20 AZN olan şirkətin hüquqi ünvanı Ucar rayonu, Ucar şəhəri, 29-cu məhəllədə yerləşir. MMC-nin qanuni təmsilçisi Nuriyev Vaqif Əlisa oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumata rast gəlinmir.
Şirkət bundan əvvəl Ucar Rayon İcra Hakimiyyətinin və Zərdab Rayon İcra Hakimiyyəti başçısının Zərdab Şəhəri üzrə Nümayəndəliyinin tenderlərini qazanıb. Hər iki tender yolların təmiri ilə bağlı keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 921 967,01 manat olub.
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovdur. O, 2015-ci ildən rayona rəhbərlik edir.
Seyid
Şərhlər