Bakıda işıq dirəyinə çırpılan avtomobil yanib » OTV - İnternet Televiziyası

Bakıda işıq dirəyinə çırpılan avtomobil yanib


Bakının Xətai rayonunda avtomobil yanıb. Hadisə Gəncə prospektində qeydə alınıb. Məlumata görə, Zığ yolu şossesi istiqamətində hərəkətdə olan avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində işıq dirəyinə çırpılıb. Bundan sonra avtomobil alışaraq yanmağa başlayıb. Şahidlərin sözlərinə görə, sürücü yüngül dərəcəli xəsarətlə yanan avtomobildən vaxtında uzaqlaşıb. Yanğınla bağlı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Əraziyə cəlb olunmuş yanğınsöndürənlər yanğını söndürüb. Yaxınlıqda olan avtomobil yanğından mühafizə olunub.



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 284 | Kateqoriya: Avto / OTV Xəbər / Manşet Tarix: 29.01.2018, 23:30

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM