Təbriz və Salatın Əsgərova küçələrində hərəkət qismən məhdudlaşdırılır


Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.


OTV bildirir ki, sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Əfsanə Qafarova | Baxılıb: 143 | Kateqoriya: Avto Tarix: 12.01.2018, 13:10

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM