"Lexus"dan 3 yenilik


Yaponiyanın lüks avtomobil brendi “Lexus” Yeni il ərəfəsində yeniliklərə imza atmaq ənənəsinə davam edir. Brend bu dəfə 1 yox 3 avtomobilin 2018-ci il modellərini təqdim etdi.

OTV xəbər verir ki, “Lexus LX Sport”, “Lexus NX” və “Lexus LC”geniş auditoriyaya təqdim olundu.

“Lexus” Bakı Mərkəzinin təşkilatçılığı ilə “Elektra Events Hall”da keçirilən böyük təqdim mərasimi populyar “Dərviş” qrupunun ifası ilə başlayıb. Qonaqları Azərbaycan dilində salamlayan “Toyota” şirkətinin ölkəmizdəki nümayəndəsi Endi Vatanabe “Lexus” mərkəzinin artıq 6 ildir fəaliyyətdə olduğunu qeyd etdi. Daha sonra “Toyota” Qafqaz şirkətinin rəhbəri Mitsori Konişiyə verildi. O “Lexus” brendinin Azərbaycanda məşhur və sevilən olduğunu vurğuladı.





Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 223 | Kateqoriya: Avto Tarix: 22.12.2017, 14:30

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM