Ölkəmizdə retro maşınlara ciddi maraq var


Ölkəmizdə retro maşınlara yeterincə maraq var. Volqa Qaz-21 markalı avtomobil isə öz dizayn, keyfiyyəti ilə həmişə gündəmdə olmağı bacarıb. Onu da qeyd edək ki, 1956-cı ildən istehsalına başlanılmış, 1970-ci ilə qədər 639.480 avtomobil satışa buraxılmışdır. Hal-hazırda şəhərimizdə Volqa Qaz-21-lərin sayı məhduddur. Ən maraqlısı da odur ki, araşdırma apardığımız zaman Volqa Qaz-21-lərin 3000AZN-dən 20000AZN-dək qiymətlərinə rast gəldik. Eyni marka, eyni il, eyni keyfiyyət. Bəs görəsən qiymətlər niyə fərqlidir? Apardığımız araşdırma zamanı məlum oldu ki, Volqa Qaz-21 markalı avtomobillərin heç bir parçası dəyişməmiş, yəni tam zavod istehsalı olan maşınların qiyməti daha baha olur. Buna zavod istehsalı olan Volqa Qaz-21-lərin sükanlarının fil dişindən və bir çox özəliklərinin olmasını səbəb göstərmək olar.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 142 | Kateqoriya: Avto Tarix: 21.12.2017, 21:05

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM