Vietnam avtomobil siyasətini dəyişir


Bir neçə il öncəyə qədər fantastika hesab edilən özünü idarə edən maşınlar hazırda çox yüksək sürətlə inkişaf edən texnologiyadır. OTV-nin xəbərinə görə bu tip maşınların ilk formaları 1980-ci illərdə ABŞ-da yaransa da , yalnız son bir neçə ildə yüksək inkişafı müşahidə etmək mümkündür. Hazırda Avropa, Asiya və Amerikada təxminən 20 şirkət sürücüsüz maşınları inkişaf etdirməklə məşğuldur.

Vietnam da son illərdə bu sahənin inkişafına xüsusi diqqət yetirməyə başlayıb. Hazırda ölkənin bir çox texnologiya şırkətləri bu məsələ üzərində ciddi səylə çalışırlar.

Vietnamın ən böyük texnologiya şirkətlərindən olan FPT Corporationın əməkdaşları 2017-ci ilin əvvəllərindən insansız avtomobil proqramının üzərində çalışırlar və bu proqram hazırda uğurla sınaqdan keçirilib.

Sürücüsüz avtomobillər ətrafdakı əşyaları emal etmək , 100 metrə qədər olan məsafədəki maneələri hiss etmək xüsusiyyətinə malikdir. Qəza , əyləc problemləri kimi xüsusi hallar üçün də maşınların xüsusi sınaqdan keçirilməsi həyata keçirilib. Maşınlardan gələcəkdə daha uzaq məsafələrə getmək üçün istifadə olunması nəzərədə tutulsa da, sınaqlar hələ ki şirkətin həyətində həyata keçirilib.

Məlumat üçün bildirək ki, hazırda Vietnam küçələrində velosipedlər maşınlardan daha çoxdur. Orta sinifin sayının artımı ilə əlaqədar olaraq. Maşınların sayı artmağa başlayıb. Mütəxəsislər düşünürlər ki, sürücüsüz avtomobillər tezliklə bu velosipedləri əvəz etmək iktidarındadır.

Mənbə: Sputnik
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 34 | Kateqoriya: Avto / İKT Tarix: 20.12.2017, 05:52

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM