Bağlanan bankların maşınları hərraca çıxarıldı


Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bir sıra bankların balansında olan daşınan və daşınmaz əmlakı hərrac yolu ilə satışa çıxarır.

OTV xəbər verir ki, ləğv prosesində olan QSC “Standard Bank” KB-nin balansında olan 1 ədəd “Daewo Nexia”, 6 ədəd “Mitsibushi Lancer”, 6 ədəd “Toyota Corlla”, 1ədəd “Toyota Avalon”, 3 ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, 1ədəd “Fiat Doblo Kargo”, 1ədəd “Mercedes-815” yük avtomobilləri, 2ədəd bankomat və 1ədəd embosser satışa çıxarılır.

Qeyd edək ki, ləğv prosesində olan “Atrabank” ASC-nin balansında 1ədəd “Ford Focus”, 1ədəd “Mitsibushi Pajero” markalı minik avtomobilləri və 2 ədəd embosser hərraca çıxarılır.

Bundan əlavə ləğv prosesində olan “Kredobank” ASC-nin balansında ollan qeyri-yaşayış sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evi satışa çıxarılır.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 219 | Kateqoriya: Avto Tarix: 20.12.2017, 16:46

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM