Gürcüstana gətirilən avtomobillərə yeni qayda tətbiq olunacaq


Gürcüstan parlamenti ölkəyə daxil olan xarici dövlət nömrə nişanlı avtomobillərlə bağlı yeni qanun qəbul edib.

OTV xəbər verir ki, qanuna əsasən, 15 gündən artıq Gürcüstan əzarisində qalan xarici dövlət nişanlı avtomobillərin sürücüləri ölkəyə daxil olan zaman nəqliyyat vasitələrini sığortalamalıdır.

Layihəyə əsasən, Gürcüstana daxil olan xarici nömrəli avtomobillərin sığorta qiyməti nəqliyyat vasitəsinin növündən və sığorta müddətindən asılı olacaq. Sürücülər sığortanı nəzarət-keçid məntəqəsində əldə edə biləcəklər. Avtonəqliyyat vasitələrini 15,30,90 günlük, həmçinin 1 illik sığortalamaq mümkün olacaq. Sığorta yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmişə dəymiş həm maddi, həm də fiziki zərəri əhatə edəcək.

Sürücülər sığorta olunmayan motoskilet, avtomobil, kənd təsərrüfatı texnikasına görə 100 lari, avtobu və yük avtomobilləri üzrə 200 lari cərimələnəcəklər.

Qeyd edək ki, qanun layihəsi təsdiq olunarsa, 2018-ci il martın 1-indən qüvvəyə minə bilər.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 318 | Kateqoriya: Avto Tarix: 20.12.2017, 12:28

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM