"Müasir avtobusların hərəkəti Bakının sıxlıq olan küçələrində gözlənilmir" » OTV - İnternet Televiziyası

"Müasir avtobusların hərəkəti Bakının sıxlıq olan küçələrində gözlənilmir"


Gələn il Bakıya 18 metr uzunluğunda marşrut avtobuslarının gətirilməsi məsələsi ilə bağlı avto-ekspert Elməddin Muradlı OTV-yə açıqlama verib.

Ekspert bildirib ki, “Bakı şəhərinə müasir avtobusların gətirilməsi mütərəqqi addımlardan biridir. Bəzi marşrutlar üzrə avtobusların sayı olmadığı üçün səhər və axşam saatlarında sərnişinlər yollarda qalır və gələn avtobuslar da dolu olur. Qeyd edim ki, bu interval məsələsinin problemidir və avtobus çatışmazlığından irəli gəlir. Məlumdur ki, Bakı Nəqliyyat Agentliyi yarandığı iki il ərzində istismara yararsız avtobusları xətdən çıxarmağa çalışır və doğru da edir. Çünki bu təhlükəsizlik üçün dəstəklənməli addımlardandır. Amma bir problem var ki, çıxarılan avtobusların yerinə yeniləri gəlmir. Ona görə müasir avtobusların gətirilməsi yaxşı haldır. Amma həmin avtobusların Bakının bütün küçələrində hərəkəti mümkün deyil. Düzdür elə küçələr var orada sıxlıq azdır, o zaman həmin avtobusların istismarı və hərəkəti mümkündür. Düşünürəm ki, Bakı Nəliyyat Agentliyi bu məsələyə öz münasibətini bildirəcək. Amma çox ehtimal uzun avtobusların hərəkəti sıxlıq olan yerlərdə gözlənilmir”.

O qeyd edib ki, “Bakı Nəqliyyat Agentliyinin daşıyıcı şirkətlərin üzərinə qoyduğu şərtlərdən biri köhnə avtobusların yenisi ilə əvəzlənməsidir. Bəzi daşıyıcı şirkətlər arxayın idi ki, kimlərəsə hansısa formada təsir edib, köhnə avtobusları istifadə edə bilcəklər. Bu gün üçün bü mümkün deyil. Artıq həmin avtobusların şəraitsizliyindən şikayətlənən insanlar sosial şəbəkələrə, mətbuata öz iradlarını yaya bilirlər. Şəraiti pis olan avtobusların fotolarını çəkib paylaşmaqla şikayət yığa bilir, qınaq obyektinə çevirə bilirlər. Bu probelmlər aradan qaldırılmalıdı deyə düşünürəm. Bəzən görürük ki, bir marşurut avtobusunun bir neçə sahibi var və belə halda kimisi yeni avtobuslar almaq istəyir, kimisinin pulu olmur. Bu problemlərin olduğunu nəzərə alaraq ictimai nəqliyyatların tam olaraq dövlət nəzarətinə keçməsinin tərəfindəyəm”.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 294 | Kateqoriya: Avto Tarix: 19.12.2017, 09:03

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM