Fransada məktəb avtobusu qəzaya uğrayıb.


Qatar və məktəb avtobusu cənubi Fransanın Perpignan ərazisində qəza törədərək 4 uşağın ölümü və digərlərinin xəsarət alması ilə nəticələnib. OTV xəbər verir ki, 20 nəfərin yaralanması və 10-unun vəziyyətinin gərgin olması açıqlanıb. Avtobus 7-13 yaş arası uşaqları orta məktəbdən daşıyarkən qəza törədib. Şahidlərin verdiyi məlumata görə, qəzanın baş verməsində günahkar qatar sürücüsü olub. 150-dən çox təcili yardım işçisi və 4 helikopter qəza zonasına xilas etmə vəzifəsini icra etmək üçün göndərilmişdir. Bununla belə, Fransa prezidenti Emmunel Makron qəzada həlak olmuş uşaqların ailələrinə baş sağlığı vermiş və zərər çəkənlərə tam olaraq yardım göstəriləcəyini açıqlayıb.

Mənbə:BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 205 | Kateqoriya: Avto / Dünya Tarix: 15.12.2017, 13:39

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM