Bakıda klassik avtomobillərin yürüşü və sərgisi olacaq

Xəbərin çap versiyası
Tarix: 24-08-2017, 11:34    
Bakıda klassik avtomobillərin yürüşü və sərgisi olacaq OTV Axşam.az-a istinaden bildirir ki, tədbirdə 1980-ci ilədək istehsal olunan 100-dən çox klassik avtomobil iştirak edəcək. Bunlar yürüş üçün qeydiyyatdan keçən avtomobillər, həmçinin, Heydər Əliyev Mərkəzində nümayiş edilən Klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələridir. Yürüş avqustun 26-da saat 16.00-da Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək.

Klassik avtomobillər Heydər Əliyev Mərkəzi - Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi - Vaqif prospekti - Səməd Vurğun küçəsi - Ənvər Qasımzadə küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - İnşaatçılar prospekti - Akademik Lev Landau küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Mehdi Hüseyn küçəsi - Teymur Elçin küçəsi - Mixail Lermontov küçəsi - Niyazi küçəsi - Azneft meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti -Heydər Əliyev Mərkəzi marşrutu üzrə yürüş edəcək və sonda mərkəzin parkında sərgilənəcək.

Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 26-da saat 15.30-da mərkəzin qarşısında olmalıdır. Yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunacaq.

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi olacaq


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
{linkfeed}{sape_links}{sape_article}
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz