Toyota və Mazda şirkətləri maşınqayırma zavodu tikəcək

Xəbərin çap versiyası
Tarix: 4-08-2017, 16:25    
Toyota və Mazda şirkətləri maşınqayırma zavodu tikəcək “Toyoto Motor Corp” və “Mazda Motor Corp” birləşib ABŞ-da elektrik maşınların istehsalı üçün zavod tikəcəklər. 1.6 milyon dollar maliyyə ilə bağlanan ortaqlığa Yaponiyanın digər maşın istehsalçıları da qoşulacaqlar.
OTV musavat.com-a istinadən xəbər verir ki, hər iki şirkət bir-birinin payından az miqdarda hissə sahibi olacaqlar. Toyota keçən il maşın satışına görə dünyada ikinci yerdə oldu və şirkət Mazdanın payından 5% alacaq. Toyota maşın sektorunda dominantlığını daha da artırmış oldu. Mazda isə ən böyük rəqibi Toyotadan 0.25% pay alacaq. Donald Tramp bu xəbəri tvitter hesabından böyük sevinclə verdi. “Toyota və Mazda 1.6 milyar investisiya ilə ABŞ-da zavod tikəcəklər və bu, Amerikada minlərlə iş yerinin açılması deməkdir” – Tramp yazıb. Zavod ABŞ-da ildə 300000 maşın istehsal edəcək. Zavodda 4000 iş yerinin açılacağını bildirilir. Zavod 2012-ci ildə fəaliyyətə başlayacaq.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz